Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş Rəşad Mehrəliyev ifadə verib.
S.Qurbanovun vəkili İlkin Mustafa bildirib ki, o, istintaqa verdiyi ifadəsini qismən təsdiq edib. Zərərçəkmiş təqsirləndirilən şəxslərə qarşı heç bir iddia və tələbinin olmadığını söyləyib.
Məhkəmənin növbəti iclası avqustun 23-nə təyin edilib.
.