Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Sahib Qurbanovu epizodu üzrə İlham Abbasov ifadə verib. O bildirib ki, S.Qurbanovda siqaretin olmasını sabiq nazirin əmisi oğlu Vüqar Mahmudov deyib.
Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin edilib.

.