Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə
Elçin Quliyev çıxış edib. O, heç kimdən pul almadığını deyib: "Mən iclas başlayanda dedim ki, proses qapalı olsun və çəkiliş aparılsın. Günahkar olsaydım, bunu təklif etməzdim. Proses bitən kimi saytlar burada olanların hamısını yazırlar. Burada kiminsə marağı var.
Elə başa düşülür ki, hər şeyi mən etmişəm, məndən yuxarıda heç kim olmayıb. Bu, düzgün deyil. Bizim şəxsiyyətimiz aşağılanır. Mən prezidentə sadiqəm və onun uğrunda ölməyə hazıram. Maqsud Mahmudovdan, ya da siqaret satandan pul almağa ehtiyacım olmayıb. Əlimdə nazirlik olub. Pul lazım olsaydı rahatlıqla ala bilərdim. Bu ittihamları mənə necə yapışdırırsınız?”
Proses avqustun 22-də davam edəcək.

.