NATO-nun İrəvanda keçirilən "Rose-Roth” seminarı zamanı Minsk Qrupunun keçmiş fransalı həmsədri Jak For Azərbaycana təzyiq etməyin qeyri-mümkün olduğunu etiraf edib.
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Jak For Ermənistan parlamentinin deputatı Tevan Poqosyanın "atəşkəs rejimini tez-tez pozan” Azərbaycan tərəfinə Minsk Qrupunun hansı təsir mexanizmlərinə malik olduğu barədə sualına cavab verərkən belə deyib: "Azərbaycana təsir etmək üçün çox az rıçaqlar var. Azərbaycana təzyiq göstərmək üçün maliyyə rıçaqlarından istifadə etmək mümkün deyil, onu beynəlxalq təşkilatların üzvlüyündən kənarlaşdırmaq üçün də rıçaqlar yoxdur. Ona görə də ancaq inandırmaq metodlarında israr etmək lazımdır”.

.