“Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın dediklərinə riayət olunmalı, müdafiə xərclərinin artırılması üçün tədbirlər görülməlidir”
Yenizaman-ın “France24“ə istinadən xəbərinə görə, ittifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
O, həm də ABŞ-ni Aİ-nin etibarlı və güclü tərəfdaşı adlandıraraq əlaqələrin mövcud səviyyəsinin davam etdirilməli olduğuna diqqət çəkib:
“Rəsmi Vaşinqtonun bəyanatları kifayət qədər aydındır. Biz Avropanın təhlükəsizliyi üzrə məsuliyyəti üzərimizə götürməli və təhlükəsizliyimizi gücləndirmək istiqamətində təsirli tədbirlər görməliyik. Avropa İttifaqının daxilindəki ölkələrin kəşfiyyat orqanlarından əldə olunan məlumatlara görə, Rusiya 3-5 il sonra bizim müharibəyə hazır olub-olmadığımızı təftiş etmək istəyəcək. Buna görə də Ukrayna ordusuna dəstək verilməsi prioritetimiz olmalıdır. Hesab edirəm ki, Avropa İttifaqı ölkələri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirməlidir”.
.