
Azərbaycan və Ermənistan arasında əlaqələrin gücləndirilməsi, sülh sazişinin dayanıqlı olması və təmin olunmasına yaxından dəstək veririk.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Eyni zamanda, Azərbaycan-Ermənistan arasında əlaqələrin normallaşdırılması barədə gözəl müzakirələrimiz oldu. Biz iki ölkə arasında əlaqələrin gücləndirilməsi, sülh sazişinin dayanıqlı olması və təmin olunmasına yaxından dəstək veririk. Sülh sazişinin mətn hissəsinin razılaşdırılmasını məmnuniyyətlə qarşılayıram. Ümid edirəm ki, növbəti addımlar daha məhsuldar olacaq”, - Kallas qeyd edib.
.