Kaxa Kaladze 55,6 % səslə növbəti 4 il müddətinə Tbilisi şəhərinin meri seçilib.

Bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının paytaxt üzrə 769 seçki məntəqəsinin 768-də (99,87%) səsləri saymasından sonra məlum olub.

Onun rəqibi – müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya isə 44,4 % toplayıb.

Qeyd edək ki, K.Kaladze Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci ilin noyabrında seçilib. O, siyasi karyerasına 2012-ci ildə o zamankı müxalif, hazırkı hakim Gürcü Arzusu Partiyasında başlayıb. Hazırda o “Gürcü Arzusu”nun əsas liderlərindən biridir. 43 yaşlı keçmiş məşhur futbolçu paytaxt meri seçilməzdən öncə 2012-ci ilin oktyabrından energetika naziri postunu tutub.

.