“Real”ın baş məşqçisi Karlo Ançelotti həbs oluna bilər.

 Madrid prokurorluğu onun 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Buna italiyalı mütəxəssisin 2014-15-ci illərdə 1 milyon avrodan artıq məbləği vergi müfəttişliyindən gizlətməsi səbəb olub. Ançelotti hesabatlarda yalnız klubdan aldığı maaşı göstərib, digər təşkilatlardan əldə etdiyi gəlirləri gizlədib.

 

Qeyd edək ki, Ançelotti 2021-ci ildən “Real”a rəhbərlik edir. O, 2013-15-ci illərdə də Madrid təmsilçisinin baş məşqçisi olub.

.