Erməni əsilli teleulduz və model Kim Kardaşyan qarət olunub.
AzNews.az "Associated Press” agentliyinə istinadən xəbər verir ki, hadisə Paris otellərindən birində baş verib. Polis forması geyinən və üzlərinə maska taxan 2 kişi odlu silahla Kardaşyanı hədələyib.
"Reuters”in məlumatına görə, hücum edənlər 5 nəfər olub. Onlar modelin bir neçə milyonluq zinət əşyalarını götürüblər. Kaşdaşyan baş verən hadisə nəticəsində xəsarət almasa da şoka düşüb.
Bildirilir ki, həmin vaxt modelin əri Kanye Uest Nyu-Yorkda olub. O, hadisə barədə məlumat aldıqdan sonra dərhal Parisə yola düşüb.
.
