Almaniya ərazisində yeni Amerika raketlərinin yerləşdirilməsi planları Rusiya ilə gərginliyə səbəb olmayacaq.

Bu fikri Almaniya kansleri Olaf Şolts Yaponiyanın Baş naziri Fumio Kişida ilə birgə mətbuat konfransında bildirib.

Kansler qeyd edib ki, silah çəkindirici funksiyanı yerinə yetirir və əvvəldən arxa cəbhənin təhlükəsizliyinin qorunması üçün nəzərdə tutulub:

“Bu, çəkindirici təsirə görə təhlükəsizliyi artırır. Həmişə bizi narahat edən şey müharibənin qarşısını almaqdır”.

O, bir daha əmin edib ki, Almaniya Ukraynaya silah tədarükünü elə təşkil edəcək ki, bu, Rusiya ilə birbaşa qarşıdurmaya səbəb olmasın.

.