Kanakidən sonra Martinikdəki bugünkü üsyan təsadüfi deyil.
Bu barədə Fransa Müstəmləkələrinin Beynəlxalq Azadlıq Cəbhəsinin yaydığı bəyanatda deyilib.
Qeyd edilib ki, bu iki ölkənin haqlı tələblərinə məhəl qoymayan Fransa buna yalnız repressiya və zorakılıqla cavab verir.
"Bu iki ərazi iqtisadi cəhətdən çöküb və ticarət fəaliyyətlərindən əldə olunan mənfəətlər yalnız müstəmləkəçilər tərəfindən mənimsənilir. Sakit okean hövzəsində kaldoşlar və Karib dənizi sahillərində bekelərin əldə etdikləri mənfəətlər ƏDV vasitəsilə Fransa dövlətinin xəzinəsini şişirdir.
Martiniki bürüyən bugünkü sosial qəzəbin iki əsas səbəbi var – yaşamağın baha olması və yerli əhaliyə qarşı hörmətsizlik. Baha həyat, ərzaq asılılığının ifrat səviyyəsi, zəif inkişaf, aşağı gəlirlər və davamlı müstəmləkə yoxsulluğun nəticəsidir. Bundan əlavə, bu vəziyyət Martinik torpaqlarının müsadirəsi, ikili məhkəmə sistemi, gənclərin kütləvi köçü müstəmləkə siyasəti problemləri ilə bağlıdır. Bu, Martinikdəki müstəmləkə sisteminin dözülməz təzahürüdür", - bəyanatda vurğulanıb.
Bildirilib ki, ilk dinc etirazlara Fransa dövləti bir daha adsız zorakılıqla cavab verdi və hazırda repressiyanı tətbiq etməkdə davam edir:
"Beynəlxalq Azadlıq Cəbhəsi keçmişə aid üsul-idarəyə qarşı çıxır. Çünki bunlar müstəmləkəçi dövlətin demokratik tənəzzülünü nümayiş etdirir. Cəbhə hesab edir ki, həqiqi bir dekolonizasiya strategiyasının həyata keçirilməsi zəruridir. Bu strategiya Martinik xalqına xidmət edən və onun ləyaqətli gələcəyini təmin edəcək iqtisadi sistem qurmağa yönəlməlidir.
Biz, heç bir respublika dəyərini təmsil etməyən və yalnız hakimiyyət sahiblərinin və onların yerli tərəfdarlarının təhlükəsizliyini təmin edən CRS8-in (kənardan gətirilən silahlı təhlükəsizlik qüvvələri) dərhal çıxarılmasını tələb edirik.
Cəbhə Kanakinin institusional problemlərinin və müvafiq iki ərazinin iqtisadi, sosial və siyasi problemlərinin demokratik həllini tələb edir.
Bu həll öz müqəddəratını təyinetmə və müstəqilliyə doğru real addım olmalıdır".
.