Kanadanın Ontario əyalətində atışma nəticəsində 3 nəfər yaralanıb.

RİA "Novosti" xəbər verir ki, hadisə Sent-Katarins şəhərində baş verib.

Evlərdən birində çox sayda atəş səsi eşidilməsi ilə bağlı məlumat alan polis hadisə yerinə çatarkən 3 yaralı aşkar edib. Onlar xəstəxanaya yerləşdiriliblər və ikisinin vəziyyəti ağırdır.

Hazırda polis iki şübhəlini axtarır.
.