Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Müzakirələr Kanadanın xarici işlər naziri Anita Anand ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında aparılıb və A. Anand bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Bu səhər mən Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov ilə Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə danışdım", - o yazıb.
Kanadanın XİN rəhbəri bildirib ki, Cənubi Qafqazdakı prosesləri və həll olunmamış məsələlərin nizamlanması da daxil olmaqla, davamlı və uzunmüddətli sülhün əhəmiyyəti müzakirə edilib.
