Ukrayna göndərdiyimiz silah-sursat və hərbi texnikadan Rusiya ərazisində istifadə edə bilər.
Yenizaman-ın “CBC News”a istinadən xəbərinə görə, bu barədə Kanadanın Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, rəsmi Kiyevə bununla bağlı məhdudiyyət qoyulmayıb.
Nazirliyin açıqlamasında Ukrayna hökumətinə 8 ədəd “Leopard 2A4” tankı, onlarla zirehli maşın, yüzlərlə zirehli patrul avtomobili və bir neçə ədəd “M-777” artilleriya qurğusu göndərildiyi bildirilib.
Bununla belə Kanada tərəfindən verilən hərbi yardımın indiyədək Rusiyada istifadə olunub-olunmadığı açıqlanmayıb.
Qeyd edək ki, 2022-ci ildən bu yana adı çəkilən ölkə Ukraynaya 4.5 milyard dollarlıq hərbi yardım edib.
.