Özəl sektorda fəaliyyət göstərən şirkətlər bəzən baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğa müraciət etmək istəmirlər.
“Report”un əldə etdiyi məlumata görə, bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib.
O əlavə edib ki, Baş Prokurorluq onların müdafiəçisi qismindədir:
“Prokurorluq qanunların dəqiq və dürüst icra olunmasına nəzarət edən qurumdur. Özəl sektorla bağlı müraciətlərlə bağlı açıq aydın cinayət əməli olmayanda digər dövlət qurumlarına yönəldilir. Çalışırıq ki, özəl sektorun fəaliyyətinə heç bir müdaxilə edilməsin, zərurət olmadığı halda qarışılmasın”.
.