Kamçatkada (Rusiya) 5,5 maqnitudalı zəlzələ baş verib.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialından bildirilib.

"Seysmik hadisənin maqnitudası 5,5 olub, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 63 km məsafədə yerləşib", - müəssisədən bildiriblər.

Məlumata görə, Petropavlovsk-Kamçatskidə yeraltı təkanlar 4 bala qədər hiss oluna bilər.

.