Sakit okeanda Rusiya Federasiyasının Kamçatka yarımadası ilə Komandor adalarının tərkbində olan Berinq adası arasında 4,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Berinq adasında yerləşən Nikolskoye kəndindən 145 km qərbdə, Ust-Kamçatsk qəsəbəsindən isə 164 km cənub-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 26 km dərinlikdə yerləşib.
.
