Kamboca qoşunları ilə toqquşmalarda yaralanan Tayland hərbçilərinin sayı 29 nəfərə çatıb.

Bu barədə Tayland Silahlı Qüvvələrinin sözçüsü Surasan Xonqsiri məlumat verib.

"Silahlı toqquşmalar zamanı bir Tayland əsgəri həlak olub, 29-u yaralanıb", - o bildirib.

Qeyd edək ki, 8 dekabr tarixində Tayland ordusu Kamboca qüvvələrinin yerli vaxtla səhər saat 5:00-da sərhəd bölgəsindəki Tayland mövqelərini atəşə tutmağa başladığını açıqlayıb.

.