ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində iştirak etmək niyyətində olduğunu rəsmən açıqlayıb.

Yenizaman xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

“Mən Kamala Harrisəm və ABŞ prezidentliyinə namizədəm”, - deyə o, paylaşımında qeyd edib. 

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Respublikaçılar partiyası Donald Trampın namizədliyini rəsmi olaraq təsdiq edib. Demokratlar partiyasının namizədi isə avqustda keçiriləcək qurultayda elan ediləcək. “Associated Press” agentliyinin məlumatına görə, Kamala Harris rəsmi olaraq namizəd olmaq üçün Demokratlar partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb.

.