
ABŞ-ın Kaliforniya ştatının şimal dairəsinin prokurorluğu 33 nəfər, o cümlədən 20 nəfər erməni barəsində cinayət işi açıb.
Virtualaz.org bildirir ki, onlar dərman vasitələrinin qeyri-qanuni ticarəti, şəxsi məlumatların oğurlanması və sifarişli qətllərdə şübhəli bilinirlər.
Günahları sübuta yetirilərsə, ittiham olunanlar 35-95 il müddətinə azadlıqdan məhrum oluna bilərlər. İki ermənini - Are Karapetyan və Gevorq Ter-Mkrtçyanı isə ömürlük həbs gözləyir.
Prokurorluq cinayətkar qruplaşmanın başında 45 yaşlı Karapetyanın dayandığını deyir. 29 yaşlı iş adamı Miqran Stepanyan və onun 38 yaşlı əmisi oğlu Artur Karapetyanın ortaqlarıdır.