"İrana münasibət dəyişib, indi oradan təbii qaz idxal edildiyi kimi elektrik enerjisi də almaq olar".
Yenizaman.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Kaxa Kaladze erməni həmkarı Ervand Zaxaryanla görüşdən sonra bildirib.
Ermənistnaın energetika naziri isə deyib ki, K.Kaladze ilə görüşdə Ermənistan-Gürcüstan və Ermənistan-İran elektrik ötürücüsü xəttinin gücləndirlməsini müzakirə ediblər: "İran maraq kəsb edən bazardır. Biz bu dövlətin təbii ehtiyatlarından maksimum faydalanmaq üçün ölkələrimizin yerləşdiyi coğrafi mövqedən yararlanmalıyıq. Ermənitstandan keçməklə İrandan elektrik enerjisi, eləcə də təbii qaz idxal edə bilərik. Biz bu məsələ üzərində çox işləməliyik".
.