Əfqanıstanın paytaxtı Kabildə İdqax məscidi yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Bu barıdə “Al Jazeera” telekanalı məlumat yayıb.

Partlayış nəticəsində 32 nəfər isə yaralanıb.

***

Əfqanıstanın paytaxtı Kabildə İdqax məscidi yaxınlığında güclü partlayış törədilib.

TASS agentliyi verdiyi məlumata görə, partlayış Taliban Hərəkatının rəsmi nümayəndəsi Zabihulla Mucahidin anası ilə vida mərasimi zamanı baş verib.

Hazırda məscid yaxınlığında atışma gedir. Atışmanın Taliban Hərəkatı və İŞİD terror təşkilatının üzvləri arasında olduğu ehtimal edilir.

Z. Mücahid çoxlu sayda insanın toplaşdığı mərasim zamanı baş verən partlayış nəticəsində dinc sakinlər arasında ölənlərin olduğunu bildirib.

İlkin məlumata görə, partlayış nəticəsində 8 nəfər ölüb.

Əfqanıstan Daxili İşlər Nazirliyi 3 nəfərin saxlanıldığını açıqlayıb.

.