Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 40-a yaxın jurnalist üçün keçirilən“Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlər yekunlaşıb. 

Təlimlərin ikinci günündə də Tülin Daloğlu tərəfindənjurnalistlərə“Media məzmununun etik və peşəkar şəkildə idarə edilməsi”, “Mənbənin konfidensiallığı: Etik və hüquqi məsələlər”, “Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin formalaşması”, “Müəlliflik hüququ: Eksklüziv hüquqlar və müəllif hüquqlarının pozulması” və s. mövzularda təlimlər keçirilib, interaktiv müzakirə sessiyaları olub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Jurnalistlər üçün keçirilən təlimlərin məqsədijurnalist peşəsinin əsas prinsiplərinin, etika qaydalarının və müəllif hüquqlarının qorunmasının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyinin bir daha vurğulanmasıdır.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
 

.