
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilir.
Аksiya paytaxtda jurnalistlərin binasının qarşısında təşkil olunub.
KİV nümayəndələrinin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında nazirliyin tinglik sahələrində yetişdirilən 400-ə yaxın meyvə və həmişəyaşıl ağac tingləri əkilir. Eyni zamanda, öz bağ sahələrində ağac əkmək üçün müraciət edən media nümayəndələrinə tədbir çərçivəsində əlavə meyvə tingləri paylanılır.