2013-cü ilin iyulun 22-də jurnalistlərə verilən mənzillər nəhayət özəlləşdirilir. Bu haqda bina sakinlərindən biri – jurnalist Rey Kərimoğlu məlumat verib. O qeyd edib ki, noyabrın 26 və 27-də "ASAN xidmət”in səyyar xidmət avtomabili bu məqsədlə binaya gələcək:
"Əziz qonşulara, jurnalistlərin binasının sakinlərinə şad xəbər var! Mənzillərimiz özəlləşidirlir! Bu həftənin 4-5-ci günü "ASAN xidmət”in səyyar xidmət avtomobili bu məqsədlə binamıza gələcək! Amma 4-5-ci günə qədər "Jurnalist evi” MMC-yə xidmət haqqı borcu olanlar borclarını ödəməlidirlər!”.
2013-cü ildə istifadəyə verilən 16 mərtəbə 156 mənzilli binada müxtəlif KİV-lərdə çalışan jurnalistlər yaşayırlar (modern.az).
.
