Jurnalist Sevinc Fədai və övladı artıq binadan təxliyə olunub. Məlumata görə, hər ikisinin vəziyyəti yaxşıdır.

Binadan daha bir yaralının çıxarıldığı bildirilir.

***
 
Bakıda hazırda yanğın baş verən binada jurnalist Sevinc Fədai körpəsi ilə birgə qalıb.
 
"Qafqazinfo" xəbər verir ki, jurnalist və bir aylıq körpəsi hələ də xilas olunmayıb. Onlar tüstüdən boğulma təhlükəsi ilə üz-üzə olduqlarını bildiriblər.

Qeyd edək ki, hadisə Azadlıq metrosunun yanındakı 16 mərtəbəli binada baş verib.
 
.