Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimovun ölümü ilə bağlı cinayət işi açılıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

****


Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov ölüb.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ə. Kərimovun meyiti bu gün Nərimanov rayonunda yaşadığı mənzildə aşkarlanıb.

Onun dəm qazından boğularaq öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

.