Jurnalist Azər Rəşidoğlu aqressiv fibromatoz diaqnozu ilə dünən xəstəxanaya yerləşdirilib, bu gün günorta saatlarında əməliyyat olunub.

Bu barədə jurnalist Rəsul Mirhəşimli bildirib:

"Həkimlər cərrahiyyə əməliyyatının çox uğurlu keçdiyini bildirib. Azər Rəşidoğlu artıq bu dəqiqələrdə palataya köçürülüb, özünü yaxşı hiss edir. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu nəzərə alıb, reanimasiyada saxlamağı məsləhət bilməyiblər".

***

Jurnalist Azər Rəşidoğlu bu gün Milli Onkologiya Mərkəzində əməliyyat olunub.

Qeyd edilib ki, onun əməliyyatı uğurlu keçib.

.