İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanı təmsilçisindən çox sərfəli təklif alıb.

Bu barədə məşhur insayder Nikolo Skira bildirib.

Onun sözlərinə görə, 60 yaşlı mütəxəssis hələlik İtaliyada qalmaq istədiyini söyləyib və təklifi qəbul etməyib.

Qeyd edək ki, portuqaliyalı baş məşqçi 2021/2022 mövsümündən "canavarlar"da işləyir. O, ötən il komanda ilə UEFA Konfrans Liqasının qalibi olub. Cari mövsümdə isə UEFA Avropa Liqasının finalında İspaniya "Sevilya"sına uduzub.

.