İspaniyanın "Real" komandasının baş məşqçisi Joze Mourinyo yay transfer dönəmində Qonsalo Qarsiyanın satılmasına qarşı çıxıb.

Bu barədə "Marca" nəşri məlumat yayıb.

Mütəxəssis 22 yaşlı futbolçunu 2026/2027 mövsümündə heyətdə görmək istəyir.

Xatırladaq ki, Qonsalo Qarsiya Madrid təmsilçisinin yetirməsidir. Hücumçu ötən mövsüm 39 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

.