
İngiltərənin "Mançester Yunayted” futbol komandasının baş məşqçisi Joze Mourinyo əmək haqqının 1 faizini xeyriyyəçiliyə sərf edəcək.
"Report” xəbər verir ki, bu barədə Mançester təmsilçisinin ispaniyalı futbolçusu Xuan Mata "The Telegraph”a bildirib.
Vəsait dünyada futbolun inkişafı üçün fəaliyyət göstərən "Common Goal” təşkilatına yönəldiləcək. J.Mourinyoya "Mançester Yunayted”in bəzi üzvlərinin də qoşulacağı gözlənilir.
Qeyd edək ki, ilk dəfə Xuan Mata əmək haqqından sözügdən təşkilata pul köçürəcəyini açıqlayıb. Daha sonra ona Almaniya "Bavariya”sının futbolçusu Mats Hümmels qoşulub.
.