Aktyor Jan-Klod Van Damm “Silent Kill” (“Səssiz qətl”) döyüş filmində rol alacaq.

Filmin ssenari müəllifi və rejissoru Entoni Hikoksdur.

Ekran əsəri Konqoda xəzinə gizlədən dörd muzdludan bəhs edir. Qəhrəmanlar xəzinəni basdırır və qəniməti bölüşmək üçün 3 ildən sonra eyni yerdə görüşməyə razılaşırlar. Lakin hər şey plana uyğun getmir.

Filmində həmçinin Vernon Devis, Rafael Amaya və Madalina Qenea da çəkiləcəklər.

Van Damm hmçinin Horam Moreka ilə birlikdə prodüser kimi çıxış edəcək.

Əsas çəkilişlər 2023-cü ilin əvvəlində başlayacaq.

.