İzmir şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 831 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, indiyədək 489 yeraltı təkan qeydə alınıb.

Türkiyənin Ətraf mühit və şəhərsalma naziri Murat Kurum bildirib ki, 8 binada axtarış-xilasetmə işləri davam etdirilir və 100 nəfər dağıntılar altından xilas edilib.

.