İyunun 20-24-də təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək.
Bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, eləcə də ibtidai sinif müəllimləri imtahan verəcək.
Şöbə müdiri qeyd edib ki, imtahanlar ümumilikdə 31 mərkəzdə təşkil olunacaq:
"Keçən il mərkəzlərin sayı 15 idi. Müəllimlərin yaşadıqları əraziyə yaxın məktəblərdə test imtahanı vermələri təmin olunacaq. Ötən il bir imtahan prosesində 5 min müəllim iştirak edirdisə, bu il həmin rəqəm 8 minə çatdırılıb".
.