ABŞ prezidentinin qızı İvanka Tramp G20 sammitində qadınların hüquqlarını müzakirə edəcək.

"RİA Novosti" verdiyi məlumata görə, bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi deyib.

Nümayəndə bildirib: "İvanka Tramp qadınların hüquqlarının möhkəmləndirilməsinə həsr edilmiş tədbirdə iştirak və çıxış edəcək. Bundan əlavə, İ.Tramp qadınların məşğulluluğuna həsr edilmiş sessiyada da iştirak edəcək".

Qeyd edək ki, G20 sammiti 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək.
.