ABŞ prezidenti Donald Trampın Suriyanın Holms vilayətindəki hərbi bazaya hücumunu mən xahiş etməmişəm.
Xarici mətbuat xəbər verir ki, ABŞ prezidenti Donald Trampın köməkçisi olan qızı İvanka Tramp Almaniyaya səfəri zamanı bunu bəyan edib. Onun sözlərinə görə, atasının Suriyadakı hərbi bazanı bombalamaq barədə qəbul etdiyi qərarə təsir göstərməyib:
"Bu məlumat düzgün çatdırılmayıb. Amma o kadrlara baxan hər kəs üçün bu ağır mənzərə idi. Sadəcə atamla mənim fikirlərimiz üst-üstə düşdü. ”
Bir neçə gün əvvəl ABŞ prezidentinin oğlu Erik Tramp jurnalsitlərə müsahibəsində ABŞ-ın Holmsdakı hərbi bazanı bombalamaq qərarının İvanka Trampın xahişi ilə baş tutduğunu bəyan etmişdi.
