İtaliyanın baş naziri Matteo Renzi bu gün istefa verəcəyini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Renzi buna səbəb kimi onlar tərəfindən təklif edilən islahatların ölkə vətəndaşlarının dəstəyini qazanmamasını göstərib:
"Sabah Nazirlər Kabinetinin iclasını çağıracaq. İclasdan sorna prezident sarayına gedəcəm və istefamı ölkə rəhbərinə təqdim edəcəm. İslahatlarla bağlı referendumun nəticələrə baxmayaraq, İtaliyada baş tutan səsvermə ölkə üçün demokratiyanın bayramıdır.
Qeyd edək ki, İtaliyada keçirilən referendumun nəticələrinə görə, 59,1 faiz insan islahatların əleyhinə səs verib.
