İtaliyanın Florensiya şəhəri yaxınlığında neft emalı zavodunda şiddətli partlayış baş verib.

Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Üç nəfərin isə axtarışları aparılır.

Qubernatorluq hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Bildirilib ki, partlayış yanacaq çənindəki yanğın nəticəsində olub.

.