İtaliya A Seriyasındakı komandaların baş məşqçilərinin maaş reytinqi açıqlanıb.
"La Gazzetta dello Sport"un tərtib etdiyi siyahıya "İnter"in baş məşqçisi Antonio Konte liderlik edir. O, ildə 12 milyon avro qazanır. İkinci yerdə 2,5 milyon avro maaşla Paulu Fonseka ("Roma") qərarlaşıb. "3-lüy"ü 2,2 milyon avro məvacibi olan Can Pyero Qasperini ("Atalanta") qapayır.
"Yuventus"un baş məşqçisi Andrea Pirlo 1,8 milyon avro maaşla 7-cidir. Ən az maaşı isə Fabio Liverani ("Parma") və Vinçentso İtalyano ("Spetsiya") alır - hərəyə 0,5 milyon avro.

.