İtaliya millisi 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında Tunis yığmasını əvəz edə bilər.
Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Qeyd olunub ki, dövlətin futbol işlərinə qarışması səbəbindən milli komanda turnirdən kənarlaşdırılması təhlükəsi mövcuddur. Tunisin gənclər və idman naziri Kamel Deqiş daha əvvəl ölkənin Futbol Federasiyasının buraxıla biləcəyinə eyham vurub. Beynəlxalq Futbol Federasiyası (FİFA) onun sözlərini ölkənin futbol federasiyasının fəaliyyətinə müdaxilə kimi qiymətləndirib.
Bildirilib ki, əgər Tunis millisi turnirdən kənarlaşdırılsa, onun 2022-ci il dünya çempionatındakı yerini FİFA milli komandaları reytinqində ən yüksək yeri tutan komanda kimi İtaliya millisi tuta bilər.
Xatırladaq ki, Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Tunis millisi Avstraliya, Danimarka və Fransa komandaları ilə qrupda mübarizə aparacaq.
.