“Schmidt Hammer Lassen” şirkətinin danimarkalı memarları İsveçrənin Vintertur şəhərində inşa olunacaq yaşayış binasının layihəsini nümayiş etdiriblər.

Bu, dünyanın ən hündür taxta konstruksiyalı binası olacaq.

“Rocket&Tigerli” adlanan kompleksin avtomobilqayırma zavodunun yerləşdiyi keçmiş sənaye meydançasında tikilməsi planlaşdırılır. O, 100 metr hündürlüyə çatacaq müxtəlif hündürlükdə dörd komponentdən hazırlanacaq.

Tikinti işlərinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır. Kompleksdə mənzillər, tələbə yataqxanaları, restoran və ticarət obyektləri yerləşəcək. Binaların fasadı terakota kərpic və plitələrlə üzlənəcək.

Binaların dizaynı ətrafdakı tikililərə uyğun olacaq.

.