İsveçin xarici işlər naziri Tobias Billström gələn həftə istefa verəcək.

O, bu barədə“X” platformasındakı paylaşımında bildirib.

"Mən bu gün Baş nazirə gələn həftə parlamentin açılışında xarici işlər naziri vəzifəsini tərk edəcəyimi bildirmişəm", - Billstrom yazıb.

Qeyd edək ki, Tobias Billstrom 2022-ci ilin oktyabrından xarici işlər naziri vəzifəsini icra edir.

.