İsveçin xarici işlər naziri Tobias Billström Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya prosesi istiqamətində atılan ilk addımı müsbət qiymətləndirib.
, İsveçin XİN rəhbəri bu barədə "X" hesabında paylaşım edib.
"Bu, Azərbaycan, Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün çox yaxşı xəbərdir. Bu müsbət inkişafdan biz regionun iqtisadi inkişafı, infrastrukturu və artımı şəklində əhəmiyyətli irəliləyişlərin gələciyini görə bilərik. İsveç bu məqsədə tam sadiqdir", - XİN rəhbəri qeyd edib.

.