İstanbulun Bahçelievler rayonunda yerlşən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) bürosu qarşısında silahla atəş açılıb.

Hadisə yerli vaxtla saat 22:15-də qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, əraziyə çox sayda polis əməkdaşları cəlb edilib.

İstanbul qubernatorluğundan verilən açıqlamada motosikletdə olan iki nəfərdən birinin bürosun qarşısından keçərkən havaya 5 atəş açdığı, 4 güllənin isə binanın yuxarı mərtəbələrinə dəydiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

.