İstanbulda 14-cü “İnternational Caspian Energy İnvestment Forum”u keçirilib.

Forum çərçivəsində Azərbaycan və Türkiyənin energetika sahəsində rolundan, Xəzər, Qara və Baltik dənizlərinin enerji potensialından bəhs edilib. Caspian Energy Investment Forum Istanbul 2023"ün əsas mövzuları qabaqcıl ölkələrin inkişaf modeli, Orta dəhlizin inkişafı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və türkdilli ölkələrin iqtisadi birliyi ilə əməkdaşlıq olub.

Çıxışçılar energetika sahəsində mövcud olan alternativ və bərpa olunan enerji mənbələrin tədarükünün vacibliyi vurğulanıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanla Türkiyənin dünyada xüsusi rol oynayan ölkələr halına gəlib, birgə nəhəng layihələr həyata keçirilib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə iki ölkə arasında münasibətlərinin, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində də xüsusi önəm daşıdığını vurğulayıb.

Bundan əlavə, forum çərçivəsində Azərbaycanın işğaldan azad edilən ərazilərində yenidənqurma və bərpa işləri, xarici şirkətlərin bu sahəyə marağının artması da müzakirə edilib.

.