İsrail və HAMAS arasında sülh danışıqları zamanı razılaşdırılmış meyarlar və saylar əsasında azad edilməli olan məhbus və girovların siyahıları mübadilə olunub.

Bu barədə “Al Jazeera“ məlumat yayıb.

Məlumata görə, HAMAS-ın Siyasi Büro rəhbərinin media müşaviri Taher əl-Nounu bildirib ki, danışıqlar müharibənin sona çatdırılması mexanizmlərinə, İsrail qüvvələrinin Qəzza zolağından çıxarılmasına və məhbusların mübadiləsinə yönəlib.

.