İsraillə HAMAS arasında atəşkəs razılaşması qüvvəyə minib.

Bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağında atəşkəs bu gün yerli vaxtla saat 12:00-dan etibarən qüvvəyə minib.

Qeyd edək ki, ötən gecə HAMAS-la İsrail arasında atəşkəs əldə olunub.

Atəşkəs razılaşmasına əsasən, İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.

.