İsrail İranın Livanda bu gecə atəşkəsin qüvvəyə minəcəyi ilə bağlı iddiasını rədd edib.

Bu barədə “The Times of Israel” İsrailin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

“Livanda atəşkəs yoxdur”, – rəsmi bildirib.

O vurğulayıb ki, Hizbullahın zərərsizləşdirilməsi həm Livan, həm də İsrailin qarşılıqlı marağındadır.

Digər yüksək vəzifəli mənbə yerli mediaya açıqlamasında qeyd edib ki, İsrailə belə bir atəşkəs tələbi daxil olmayıb.

.