İsrailin müxalifət lideri Yair Lapid bildirib ki, HAMAS-ın məğlubiyyətindən sonra Qəzza zolağı üçün ən yaxşı həll bu anklavın Fələstin dövlətinin nəzarətinə qaytarılmasıdır.
Yenizaman "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Lapid Tel-Əvivdə media brifinqində deyib.
O, "Times of Israel"-in sualına cavab olaraq, "Məncə, sonda ən yaxşısı Fələstin Administrasiyasının Qəzzaya qayıtmasıdır", -deyə bildirib.
"Bu, ideal deyil və əgər məndən çıxış strategiyasının nə olduğunu soruşsanız, hesab edirəm ki, beynəlxalq ictimaiyyət Fələstin Administrasiyasının bura nəzarəti ələ keçirməsinə kömək etməlidir", Yair Lapid bildirib.
"Əvvəllər bu belə idi, Fələstin Administrasiyasının Qəzzada hələ də onlar üçün çalışan təxminən 20000 adamı var və oradakı bir çox institut və vətəndaş təşkilatı onlar tərəfindən uzaqdan idarə olunur.
HAMAS yox olana və orada hökumət boşluğu yaranana qədər dayanmayacağıq. Biz Qəzza xalqı ilə deyil, HAMAS-la vuruşuruq", o əlavə edib.
