İsrailin müdafiə naziri Avidqor Liberman bu gün Gürcüstana və Azərbaycana rəsmi səfərə yollanıb.

Yenizaman.az İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Müdafiə Nazirliyindən bildirilib.

A.Libermanın Bakıya səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə və müdafiə naziri Zakir Həsənovla görüşlər keçirəcəyi gözlənilir.
.